reklam
» » Mədəniyyət Nazirliyi məlumat yaydı - İXTİSAR OLMAYACAQ

reklam

Mədəniyyət Nazirliyi məlumat yaydı - İXTİSAR OLMAYACAQ

Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir.

"Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən, Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb", - nazirlikdən qeyd olunub.

Dünən sözügedən olayla bağlı deputat Aqil Abbas Milli Məclisdə Maliyyə Nazirliyinə rəsmən müraciət ünvanlamışdı.



Paylaş:


Müəllif : Tarix:
2-06-2020, 16:02
  


loading...
Загрузка...