reklam
» » Keçmiş icra başçısı HƏBS OLUNA BİLƏR - İDDİA

reklam

Keçmiş icra başçısı HƏBS OLUNA BİLƏR - İDDİA



Prezident İlham Əliyevin mayın 22-də imzaladığı sərəncamla Arif Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsə də, onun başından cəncəl əskik olmaya bilər. Bu barədə DİA.AZ-a mötəbər mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, keçmiş icra başçısı ilə bağlı müəyyən araşdırmalar aparılıb və nəticədə əldə edilən faktların hüquq-mühafizə orqanlarına ötürülməsi qərarı verilib. Mənbə dia.az-a bildirir: "Aydın olub ki, Arif Seyidov Göygöl rayonuna rəhbərlik etdiyi 14 illik müddət ərzidnə büdcə vəsaitlərinin təzminən 30 faizini mənimsəyib ki, bu da külli miqdarda pul edir. Həmin faktlar artıq gərəkən qurumlar tərəfindən araşdırılır".

Xatırladaq ki, A.Seyidov 2006-cı ilin fevralın 23-də Göygölün icra başçısı vəzifəsinə təyinat alıb.

Göygöl rayonuna 14 illik rəhbərliyi dövründə A.Seyidov heç də müsbət xal qazana bilməyib.

Keçən müddət ərzində icra başçısı postunda əyləşən A.Seyidov barədə mətbuatda yazılanların ümumi mənzərəsində "qara ləkələr” çoxluq təşkil edir.

A.Seyidov haqqındakı iddiaların məzmununu ümumiləşdirsək, deyə bilərik ki, keçən dövr ərzində icra başçısı xeyli qanunsuz əməllərin sahibinə çevrilib.

Göygöl sakinlərinin iddia və şikayətləri belə deməyə əsas verir ki, A.Əsədov rayonda ictimai kədər mühiti yaradıb və bunun hesabına varlanıb.

Bir müddət öncə A.Seyidovun oğlu Samir Seyidovun dəbdəbəli həyat sürməsini əks etdirən fotolar müzakirə obyektinə çevrilmişdi.

Özü ilə yanaşı, oğlunun da aristokrat biznesmen ədaları etirazla qarşılanmaya bilməzdi.

Mətbuatda yazılanlara əsasən, bunun əsas səbəblərindən biri də odur ki, A.Seyidov icra başçısı olduğu müddətdə qanunun məmur qarşısında qoyduğu tələbləri yerinə yetirmək əvəzinə, sakinləri qəbul etmək kimi elementar bir vəzifəni belə yerinə yetirməyib.

A.Seyidov Göygölə qanuni şəkildə rəhbərlik etməkdən çox, rayonda orta əsrlərdəki hökmdar mövqeyinə yiyələnmək istiqamətində atdığı addımları böyük biznes şəbəkəsi qurmağa hesablanıb.

Onun otlaq, örüş sahələrini ələ keçirdiyi və öz fermer təsərrüfatının balansına qatdığı bildirilir.

Bundan başqa, Göygöldəki torpaqların icra başçısı tərəfindən qarış-qarış satılması faktlarının olduğu da yazılıb. O, bu işi yerli idarəetmə orqanı olan bələdiyyələrin əli ilə edib.

Dia.az onu da xatırladır ki, artıq belə bir ənənə də var: Vəzifəsindən azad olunan icra başçısı sonradan aparılan təftişin nəticəsi olaraq həbs edilir. Məsələn, bir zamanlar Yevlaxa rəhbərlik etmiş Qoca Səmədov. Bunu vurğulayan mənbə iddia edir ki, Arif Seyidov da eyni aqibəti yaşaya bilər.


Paylaş:


Müəllif : Tarix:
30-05-2020, 15:41
  


loading...
Загрузка...