reklam
» » Mətbuatdan deyinən icra başçısının varidatının bir qismi... - İDDİA

reklam

Mətbuatdan deyinən icra başçısının varidatının bir qismi... - İDDİA

Gədəbəyin icra başçısı İbrahim Mustafayevə məxsus olduğu iddia edilən özəl uşaq bağçası üzə çıxıb.
Regionxeberleri.com Reportyor.info-a istinadən xəbər verir ki, jurnalist Zaur Qənbərov “Nərgiz” uşaq bağçasının icra başçısına aid olduğu iddia edib.
Onun sözlərinə görə, aylıq ödənişi 400 manat bağça İ.Mustafayevindir. Həmçinin, Göygöldə və Bakıda villası, restoranı olduğu qeyd edilib.
Qanunla dövlət məmuru bizneslə məşğul ola bilməz. Üstəlik, prezident yerlərə yeni kadrlar təyin etməklə onlara etimad göstərir.
Dövlət başçısı son açıqlamasında açıq şəkildə bildirib ki, digərləri həbs edilən icra başçılarının acı taleyini yaşamaq istəmirlərsə, dərs çıxarmalıdırlar.

Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda yazılanlara "jurnalistlər işləməyə imkan vermirlər" deyərək hay-küy qaldıran Gədəbəyin icra başçısı ilə bağlı redaksiyamıza yeni faktlar da daxil olub. Həmin materialı yaxınlarda təqdim edəcəyik...

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Paylaş:


Müəllif : Tarix:
14-05-2020, 13:06
  


loading...
Загрузка...