reklam
» » "Təsadüfi adamlardır, qanları xarabdır..." — İcra başçısı həbs olunan həmkarlarından DANIŞDI

reklam

"Təsadüfi adamlardır, qanları xarabdır..." — İcra başçısı həbs olunan həmkarlarından DANIŞDI


"Əvvəl "NAZ Lifan" maşınımız olub, ancaq həmin avtomobilə minməmişəm. Biz həmin "NAZ Lifan" avtomobilini Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının sədrinə verdik. Bağışlamamışıq, xidməti avtomobil kimi verilib. Mətbuatda yazılanlar da bu avtomobillə bağlıdır".

Regionxeberleri.com bildirir ki, bunu Demokrat.az-a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.

Ə.Abıyev qeyd edib ki, barəsində səsləndirilən fikirlər həqiqətəuyğun deyil:

"Mənim həmişə jurnalistlərlə münasibətim yaxşı olub. Bu, indi də belədir. Hər kəsin ürəyində Allah xofu olmalıdır, düzgün danışmaq lazımdır. Həmin avtomobilin mənə aidiyyatı yoxdur axı... Qar yağmışdı, əlimdə qarla şəkil çəkdirmişdim, indi xəbər saytları yalnız həmin şəkildən istifadə edirlər. Bu, qərəzli davranmaqdır".

İcra başçısı son günlər həbs edilən məmurlardan da danışıb:

"İndi Dövlət Təhlükəsizliyi Xidməti bəzi rayonlarda əməliyyat keçirir, qanun pozuntusuna yol verən vəzifəli şəxslər saxlanılır. Bu, o demək deyil ki, bütün icra başçıları belə qanun pozuntularına yol verirlər. İqtidara can yandıran adam vicdansızlıq etməz axı...Qanun pozuntusuna yol verənlər təsadüfi adamlardır, qanları xarabdır, aldıqları tərbiyəni nümayiş etdirirlər. Ona görə də cəzalandırıldılar. Allah Prezident İlham Əliyevə can sağlığı versin. Belə icra başçılarının işləməsi ləkə idi. Həmin insanları müəyyən adamlar bu yerə çatdırıblar. Geniş video-çıxış etmişəm, koronavirus pandemiyası dövründə görülən işlərdən danışmışam. Bu, mətbuatda da yayılıb. İndi bütün rayon icra hakimiyyəti başçılarına tapşırıq verilib ki, işinizi belə qurun".


Paylaş:


Müəllif : Tarix:
13-05-2020, 16:04
  


loading...
Загрузка...