reklam
» » Banklar kredit verməyi niyə dayandırıb? - Rəsmi AÇIQLAMA

reklam

Banklar kredit verməyi niyə dayandırıb? - Rəsmi AÇIQLAMA


Bəzi vətəndaşlar Azərbaycanda fəaliyyət göstərən bankların istehlak və biznes kreditlərinin verilişini dayandırdığını bildirir. Müştərilər müraciət etdiyi bir neçə bankdan ayın sonunadək kredit verilişinin dayandırıldığı cavabını alılar.

Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirus (COVID-19) pandemiyası və bundan irəli gələrək qlobal əmtəə bazarlarında baş verən kəskin dalğalanmalar digər ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatı üçün də ciddi təhdidlər yaratmaqdadır:

“Pandemiyanın sahibkarlıq subyektlərinin və əhalinin kredit qabiliyyətinə təsir ehtimalları nəzərə alınmaqla bir sıra banklar tərəfindən müxtəlif bank xidmətləri üzrə müştərilər üçün optimallaşdırıcı tədbirlər təklif olunur, kredit ödənişləri üzrə güzəşt imkanları nəzərdən keçirilir. Hazırda banklar ölkədə pandemiyanın effektləri ilə mübarizə aparılmasında ümumi səylərə həmrəylik nümayiş etdirərək, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edir.

Banklar bütün bank xidmətlərini, o cümlədən əmanət qəbulunu, istehlak və biznes kreditləşməsini davam etdirməkdədirlər. Bununla belə, mövcud situasiya və potensial risklər nəzərə alınaraq, banklar tərəfindən öz kredit siyasətlərinə əsasən yeni kreditlərin verilməsində, habelə əmanət qəbulunda daha ehtiyatlı davranış nümayiş etdirilə bilər. Sözügedən meyillər əksər dünya ölkələrinin maliyyə-bank sistemlərində də müşahidə olunmaqdadır".


Paylaş:


Müəllif : Tarix:
6-04-2020, 12:10
  


loading...
Загрузка...