reklam
» » "Uninet" yenə də narazılıq yaradır... - "Pulumuzu alsa da..."

reklam

"Uninet" yenə də narazılıq yaradır... - "Pulumuzu alsa da..."


Teref.az yazır ki, "Uninet" şirkətinin yarıtmaz xidmətindən dəfələrlə yazmışıq, bir ölçü götürülmür. Lakin biz yenə yazırıq, rəsmi təşkilatlar bəlkə eşidə və ölçü götürələr.
Dostlar Azərbaycanda "Uninet" adlı bir provayder var. Düzünü desək əvvəli yaxşı idi, amma və lakin axırıncı 3 ayda bu provayder ancaq və ancaq müştərilərin cibinə girməklə və əsəbləri ilə oynamaqla məşğuldur. Bu 3 ayda nə olubsa aldıqları pul və bağladıqları müqavilə ilə heç düz gəlmir. İnternet kəsilir, internet zəifləyir, telefon zənglərinə cavab vermirlər. Baxın indi saat 21.57-dir. Dəfələrlə 4930707 yığıram ki, "A kişilər sizin internet niyə kəsik kəsik gəlir, tez tez atır?" amma telefonu götürən yoxdur ki, yoxdur.
İndi sizcə dövlətin və xalqın belə ağır bir düşmənlə savaşdığı (koronovirus) bir vaxtda bu şirkətin(provayderin) etdikləri provakasiyadan başqa nə adlana bilər.Görəsən bunlar nəyə görə müştərilərin əsəbləri ilə oynayırlar. Oynamaqları cəhənnəm heç 1 dəfədə olsun üzr belə istəməyiblər.Dəfələrlə saatlarla internet olmayıb. Zənglərə cavab verməyiblər.Axır əsəbləşib özümüz "Elmlər Akademiyası" metrosunun yanında yerləşən ofislərinə gedmişik ki bilək nə olub. Deyirlər nasazlıq var iş gedir.
Tamam, olan şeydir. Amma və lakin o vermədiyiniz internetin əvəzini kim verəcək? Bəs niyə telefonları götürməyib müştərilərin əsəbləri ilə oynayırsınız?
Keçən dəfə getmişdim, sual edəndə ki,
Niyə telefon zənglərinə cavab vermirsiniz?
Bir cavan oğlan ( deyəsən texniki işçi idi, çünki masasının üstündə elə yazılmışdı)cavab verdi ki,
Nasazlıq var, zənglr çox olur, ondan..
Yəni bezdirirsiniz bizi, bizdə cavab vermirik... Başa düşmürəm, görəsən kim kimi besdirir. hala pulumuzu alıb bizi aldadan şirkət ya pulunu verib internet gözləyən müştəri?
İndi aidiyyatlı orqanlara müraciət edirəm ( mətbatda bu haqda dəfələrlə yazılıb) bu yazımı rəsmi müraciət kimi qəbul edin, bir ölçü götürün!
Yenədə zəng edirəm, qulağıma ancaq müsiqi səsi və sonrada....boşluq..
Qarşı tərəfin cavabını səbirsizliklə gözləyirik!
Teref.az


Paylaş:


Müəllif : Tarix:
27-03-2020, 11:47
  


loading...
Загрузка...