reklam
» » “Sınıq Körpü” sərhəd keçid məntəqəsindən istifadə vaxtı dəyişdirilib

reklam

“Sınıq Körpü” sərhəd keçid məntəqəsindən istifadə vaxtı dəyişdirilib


Gürcüstandan qayıdan Azərbaycan vətəndaşlarının, eləcə də əks tərəfə hərəkət edən Gürcüstan vətəndaşlarının “Sınıq Körpü ” sərhəd keçid məntəqəsindən istifadəsi üçün verilən vaxta dəyişiklik edilib.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, dəyişikliyə əsasən vətəndaşlar sərhəd keçid məntəqəsindən yalnız saat 10:00-dan 12:00-dək istifadə edə biləcəklər. Daha əvvəl isə verilən vaxt saat 10:00-dan 18:00-dək idi.

Dəyişikliyin yük daşımalarına şamil edilmədiyi bildirilib.


Paylaş:


Müəllif : Tarix:
25-03-2020, 15:02
  


loading...
Загрузка...