reklam
» » “Azəriqaz” qanunsuz qoşulmanın qarşısını aldı - FOTO

reklam

“Azəriqaz” qanunsuz qoşulmanın qarşısını aldı - FOTO

Xətai rayonu Əhmədli qəsəbəsi, 1-ci Əhmədli küçəsində 64 saylı orta məktəbin yaxınlığında yaşayan vətəndaş (ad çəkilmədən) qonşusunun qanunsuz əməlləri barədə “Azəriqaz” İstehsalat Birliyinin 104/185 saylı operativ Çağrı Mərkəzinə məlumat verib.

Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

O, qonşusunun dəfələrlə qaz xəttinə qanunsuz birləşmə apardığını və qaz təsərrüfatı işçiləri tərəfindən həmin qoşulmanın dəfələrlə kəsildiyini bildirib. Lakin bu hərəkət yenidən təkrarlanıb.

Məlumata görə, Çağrı Mərkəzinə daxil olan fotolardan da görünür ki, vətəndaş qarşısına çıxa bilən real təhlükədən çəkinmir və bunun nəticələrinin ağır olacağını göz önünə gətirmir. Kustar üsulla qanunsuz qaz birləşməsi aparır. “Azəriqaz” İstehsalat Birliyi olaraq bir daha xəbərdar edirik ki, istənilən şəxs bu cür hərəkətlərdən çəkinməlidir. Belə durumlarda cüzi qaz sızması belə sizin həyatınız üçün ciddi təhlükə yarada bilər. Qazdan yalnız normal şəkildə, Birliklə bağlanılan müqavilə əsasında abonent statusu aldıqdan, fərdi yaşayış evi və ya mənzildə sayğac quraşdırıldıqdan sonra istifadə etmək lazımdır. Bu fakt üzrə “Azəriqaz” İstehsalat Birliyi dərhal tədbirlər görməklə növbəti dəfə qanunsuz qoşulmanı ləğv edib. İnanırıq ki, haqqında danışılan vətəndaş bu hərəkətini bir daha təkrarlamayacaq.

Daha bir fakt isə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Gecə reydləri zamanı məlum olub ki, qəsəbə sakini qaz xəttinin altına dirək yaradırmış kimi daşlar düzərək manevr edib. Əslində o, həmin daşların hamısının içərisini yonaraq nazik rezin boru ilə qazı oğurlamaqla məşğul olub.

Onu da bildirək ki, Daxili İşlər Nazirliyinin dəstəyi ilə artıq qanunsuz qoşulmalara dair birgə reydlər keçirilir. Yəni bu cür qanunsuz hərəkətlərə yol verənlər barədə ciddi tədbirlərin görüləcəyi qaçılmazdır.




Paylaş:


Müəllif : Tarix:
24-03-2020, 11:22
  


loading...
Загрузка...