reklam
» » "Olympus Park" Nazirlər Kabinetinin qərarına məhəl qoymur - GİLEY

reklam

"Olympus Park" Nazirlər Kabinetinin qərarına məhəl qoymur - GİLEY


30 ilin təhsil işçisi “Avrasiya Contruction Ltd” MMC (Olympus Park-Nəsimi) tikinti şirkətindən şikayətçidir.

Unikal.org-a müraciət edən vətəndaş Qarayev Əli Qara oğlu bildirir ki, adıçəkilən tikinti şirkəti ona təhvil verməli olduğu mənzildə tikinti normalarını pozub:

"Mən Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 26, mənzil 13-də yerləşən evin mülkiyyətçisiyəm. İki il öncə həmin mənzilin yerləşdiyi ərazi “Avrasiya Contruction Ltd” MMC (Olympus Park-Nəsimi) tikinti şirkəti tərəfindən sökülmüş və əvəzində mənə iki mənzil verilməsi barədə 05.03.2018-ci il tarixdə müqavilə imzalanıb.

05 mart 2018-ci ildə mənimlə tikinti şirkəti arasında bağlanan müqaviləyə görə veriləcək mənzillərdən biri təmir edilməlidir (151 saylı mənzil). Müqavilənin 1.2-ci bəndində göstərilir ki, sözügedən mənzilin təmiri zamanı istifadə olunacaq materialların keyfiyyəti “Mülkiyyətçi”ni qane etmədiyi təqdirdə 17.000 manat civarında həmin tikinti materiallarının “Mülkiyyətçi”nin iştirakı ilə digər yerdən alınması üçün “Avrasiya Contruction” Ltd tərəfindən şərait yaradılmalıdır. Lakin təmir olunacaq 151 saylı mənzilə tərəfimdən baxış keçirildikdən sonra müəyyən etdim ki, aparılan təmir zamanı çox ucuz materiallardan istifadə olunmaqla yanaşı, tikinti normaları kobud şəkildə pozulub (mənzilin tavan hissəsinə alçipan vurulmur, mənzilin giriş qapısının materialı çox nazikdir, işıq kabellərinin döşəmənin alt hissəsi ilə aparılıb, otaqlarların arakəsmə divarları nazik kərpiclərdən istifadə olunmaqla hörülüb və s), mənzilin eyvan hissəsində trap yoxdur. Tikinti şirkətinə etdiyim iradlara baxmayaraq, bununla bağlı heç bir tədbir görülməyib.

Mənə məxsus 151 nömrəli mənzildə (15-ci mərtəbə) şirkət tərəfindən aparılan təmir məni qane etmədiyinə görə daha da keyfiyyətli materiallaradan istifadə etmək üçün əlavə təmirə görə ustalara əlavə haqq ödəmişəm. Halbuki, şirkət tərəfindən aparılan təmirin xərci müqavilədə göstərilən dəyərdən çox aşağıdır. Təmiri aparan ustalar bunu təsdiq edə bilər.
17.02.2020-ci il tarixdə bəyəndiyim giriş qapısını mağazadan alaraq, şirkətə göndərdim ki, həmin qapı qoyulsun (pulunu da şirkətdən tələb etmirəm). Lakin şirkətin yerləşdiyi ofisdə çalışan Elçin adlı şəxs buna icazə verməyib. O, bildirir ki, mülkiyyətçi istədiyi qapını mənzilə asdıra bilməz. Səbəbini soruşanda o, deyib ki, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icazə vermir. Məgər giriş qapısının dəyişdirilməsi Qanunla tənzimlənir?

Bir sözlə, “Avrasiya Contruction Ltd” MMC tikinti şirkəti və nümayəndəsi tərəfindən mənim mülkiyyət hüquqlarım çox ciddi şəkildə pozulub.

Qeyd edim ki, 151 nömrəli mənzilə hansı qapının qoyulmasına görə mənimlə şirkət arasında hər hansı bir rəsmi razılaşma yoxdur, həmçinin mövcud Qanunvericiliyin tələbi yoxdur ki, bu məsələ ilə bağlı kimsə mülkiyyətçiyə qadağa qoysun. Pilot lahiyə ilə bağlı Nazirlər Kabinetinin mövcud qərarında göstərilir ki, bu lahiyənin əsas məqsədi vətəndaşın mənzil şəraitinin yaxşılaşdırmaqdır. Göründüyü kimi yuxarıda adını qeyd etdiyim tikinti şirkəti isə Nazirlər Kabinetinin mövcud qərarına məhəl qoymur".


Paylaş:


Müəllif : Tarix:
25-02-2020, 13:06
  


loading...
Загрузка...