reklam
» » Məktəbdə uşaqların oğurlanması iddiası ilə bağlı araşdırma başlanıldı- BŞBPİ

reklam

Məktəbdə uşaqların oğurlanması iddiası ilə bağlı araşdırma başlanıldı- BŞBPİ

“Məktəbdə uşaqların oğurlanması iddiası ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır”.

Bu sözləri Lent.az BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O, məktəbdən uşaqların oğurlanması ilə əlaqədar sosial şəbəkələrdə yayılan məlumatların idarə tərəfindən nəzarətə götürüldüyünü bildirib:

“Sosial şəbəkədə yayılan məlumatlar BŞBPİ-nin nəzarətinə götürülüb. Hazırda tərəfimizdən araşdırmalar aparılır”.

Qeyd edək ki, "whatsapp" sosial şəbəkəsində Bakıda uşaq oğurlamaqla məşğul olan qadının fotosu paylaşılıb. Bildirilir ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları aldadaraq oğurlamaq istəyib. Ərazidə olan valideynlər qadına mane olublar.


Paylaş:


Müəllif : Tarix:
24-01-2020, 09:55
  


loading...
Загрузка...