reklam
» » “Kriminal Qulam”ın “Deputat layihəsi”: - Anar Məmmədov üçün mandat necə “hazırlanır?”

reklam

“Kriminal Qulam”ın “Deputat layihəsi”: - Anar Məmmədov üçün mandat necə “hazırlanır?”


Bir sıra sabiq məmurların yaxın çevrəsində olmuş kriminal reputasiyalı Qulam Ələkbərov da Milli Məclisdə öz “fraksiya”sını yaratmağa baş vurub…
Azərbaycanda həm fəaliyyətdə olan, həm də artıq istefaya göndərilmiş bir sıra yüksək dövlət məmurlarının öz yaxın adamlarını Milli Məclisə “seçdirərək”, ölkənin Ali qanunverilik orqanında təsir imkanı qazanmaq “təcrübəsi” hər kəsə məlumdur.
2015-ci ildə seçilmiş Milli Məclisin sonuncu tərkibinin buraxılmasını şərtləndirən amil kimi sonuncu çağırışda mandat qazananların köklü islahatlara adekvat olmamaları göstərilsə də, onların fəaliyyətinə vaxtından əvvəl xitam verilməsinin bir səbəbi də oliqarx-nazirlərin parlamentdə müxtəlif deputat qruplarını idarə etmələri idi.
Ancaq fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində Milli Məclisə seçilmək istəyən iddialıların sırasına baxdıqda oliqarxların “deputat qrupu əldə etmək” “virus”unun daha aşağı ranqlı şəxslərə də yoluxduğu açıq nəzərə çarpır. Təhlükəli məqam bundan ibarətdir ki, artıq kriminal reputasiyaya malik fiqurlar parlamentdə “öz deputatlarını oturtmaq” qədər cəsarətləniblər.
Bu tendensiya barəsində ümumi girişdən sonra məsələni konkretləşdirək. 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizədlərdən biri də hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş Anar Məmmədovdur. Bu şəxs bir sıra yüksək ranqlı keçmiş məmurların yaxın çevrəsinə daxil olan, hətta onların “sağ əli” sayılan, eyni zamanda, adam oğurluğu və başqa cinayətlərdə adı hallanan Qulam Ələkbərovun kürəkənidir.
“Kriminal Qulam”ın vəzifəlilərlə yaxınlığının faydasını görənlər arasında Anar Məmmədov da yer tutur. Qaynatasından və onun sabiq nazir dostlarından aldığı dəstək sayəsində nəqliyyat sistemində sürətlə karyera quran 36 yaşlı Anar Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şöbə rəisi vəzifəsinə qədər yüksəldilib. Karyerasında hələ ki çatışmayan tək status millət vəkilliyi idi və oun da qaynatasının şübhəli əlaqələri hesabına əldə etməyi düşünür.
Qulam Ələkbərov kürəkənini Milli Məclisin yeni tərkibinə saldırmaq üçün ondan asılı olan nə varsa, etməkdən çəkinmir. Kürəkənini hakim partiyanın namizədlər korpusuna saldırmağı bacaran Ələkbərov onun “sanballı adam” obrazını yaratmaq üçün də heç nəyi əsirgəmir.
Təsəvvür edin ki, o, kürəkəni Anar Məmmədovun Goranboya gəlişi münasibətilə rayonda əməlli-başlı atəşfəşanlıq təşkil edib. Bəli, hətta paytaxt Bakıda belə sadəcə, çox mühüm əlamətdar tarixi günlər münasibətilə təşkil olunan atəşfəaşnlığı Qulam Ələkbərov deputatlığa namizəd kürəkəni üçün “sıradan əyləncə”yə çevirib. Hələ təbliğat kampaniyasına bu qədər nümayişkar başlayan YAP-çı namizəd və onun qaynatası deyəsən, prezident İlham Əliyevin məmurlara və YAP təmsilçilərinə sadə davranışları ilə xalq nümunə olmaq tələbini ya unudub, ya da ki vecinə almır.
“Vecsiz”lərin aqibətinin necə olduğunu isə prezident İlham Əliyev dəfələrlə göstərib. Görünən odur ki, “vecsiz”lərin, o cümlədən illərlə Goranboyu əli ilə idarə etdiyi rüşvətxotluğa görə qandallanan sabiq icra başçısı Nizaməddin Quliyevin aqibəti nə Qulam Ələkbərova, nə də deputatlığa namizəd kürəkəni Anar Məmmədova ibrət olmayıb.
Ancaq gec-tez olacaq…
Mənbə:Seçki.net


Paylaş:


Müəllif : Tarix:
23-01-2020, 11:32
  


loading...
Загрузка...