reklam
» » Qadın əcnəbi vətəndaşın avtomobilini qaçırıb - Bakıda OLAY

reklam

Qadın əcnəbi vətəndaşın avtomobilini qaçırıb - Bakıda OLAY


Bakıda əcnəbi vətəndaşın avtomobili oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 14-də Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş K.Kadir həmin gün saat 7 radələrində yaşadığı evin qarşısından “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ, Əlahiddə Çevik Polis Alayı və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qazax rayon sakini F.Musayeva qısa müddətdə avtomobillə birgə Xırdalan şəhəri ərazisində saxlanılıb.

Araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
15-01-2020, 17:10
  


loading...
Загрузка...