reklam
» » 83 yaşlı deputatımız Azərbaycanı tərk edib, ABŞ-da YAŞAYIRMIŞ - AÇIQLANDI

reklam

83 yaşlı deputatımız Azərbaycanı tərk edib, ABŞ-da YAŞAYIRMIŞ - AÇIQLANDI


"Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir".

Regionxeberleri.com xəbər verir ki, bu sözləri Modern.az-a Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçirləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.

Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: "Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz".

Qeyd edək ki, bu ayın sonlarında - dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Belə ki, o, 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.


Paylaş:


Müəllif : Tarix:
11-12-2019, 16:10
  


loading...
Загрузка...