reklam
» » Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək - QƏRAR VERİLDİ

reklam

Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək - QƏRAR VERİLDİ


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında dekabrın 9-da Sərəncam imzalayıb.

Regionxeberleri.com-un APA-a istinadən məlumatına görə, Sərəncamda deyilir ki, “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndi rəhbər tutularaq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin.


Paylaş:


Müəllif : Tarix:
9-12-2019, 16:50
  


loading...
Загрузка...