reklam
» » Səidə Röya və Natavana mesaj göndərdi: “Mən adamı əzərəm“

reklam

Səidə Röya və Natavana mesaj göndərdi: “Mən adamı əzərəm“


“Röya müsahibəsində dedi ki, mən Səidəyə dəstək olmuşam. Vallah, dəstək olmayıb. Dəstək olubsa, üzümə lənət. O mənə heç bir şeydə dəstək olmayıb”.

Bu sözləri müğənni Səidə Sultan küsülü olduğu Xalq artisti Röya Ayxan barədə danışarkən bildirib.

“ATV maqazin onlarla” verilişində qonaq olan Səidə illərdir küsülü olduğu Natavan Həbibi və Röya barədə bu sözləri deyib:

“Getsinlər işləri ilə məşğul olsunlar. Röya mənə heç bir şeydə dəstək olmayıb. Hər zaman onun hörmət saxlamışam. Bacımla rəfiqədir. Onların da öz cəbhəsi var. Mənsə heç zaman cəbhədə olan adam olmamışam. Hər zaman tək mübarizə aparmışam. Kimsə hansısa məclisdə özünü pik nöqtədə görürsə, digər insanları əzirsə, mən o məclisdə oturmaram. Durub onu elə əzərəm, sonra da məclisdən çıxaram. Ailəmdə heç kim mənim Röyayla qalmaqalıma müdaxilə etmədi. Çünki bilirlər ki, düz edirəm. Onunla pis münasibətimin kökündə nəsə var. Natavan isə bu qalmaqalda mənə dəstək idi. Sonra zayı çıxdı. Dedi ki, sən belə, sən helə. O, mənə çox şeylər dedi, indi burda onu deyə bilmirəm. Ondan sonra münasibətlərə son qoydum”.


Paylaş:


Müəllif : Tarix:
3-05-2021, 15:52
  


loading...
Загрузка...