reklam
» » "Xatirə telekanaldan pul umursa, heç kim ona pul verməyəcək" - Oqtay Əliyevdən cavab

reklam

"Xatirə telekanaldan pul umursa, heç kim ona pul verməyəcək" - Oqtay Əliyevdən cavab



“Soy” prodakşnın rəhbəri Oqtay Əliyev müğənni Xatirə İslamın müharibə vaxtı onun Türkiyədə olması ilə bağlı ittihamlarına cavab verib.

O.Əliyev açıqlamasında bildirib ki, müğənninin bu ittihamları doğru deyil:

“Əgər xəbəri varsa bilir ki, müharibə ərəfəsində yollar bağlı idi, Türkiyəyə getmək olmurdu. Döyüşlərdə bibim oğlu, xalam nəvəsini şəhid verdim. Aidiyyatı təşkilatlar bilir ki, mən müharibədə nələr etdim. Bu, Xatirənin biləcəyi məsələ deyil, durub mühakimə edir. Mən müharibə dövründə bəzi müğənnilərin yoxa çıxmasını deyəndə, qadınları nəzərdə tutmuram. Orada ümumi danışmışam. Qeyd etmişəm ki, Rusiyada məşhurlaşan həmyerlilərimiz var. Onlara nə qədər pul töküb Azərbaycana gətirirlər, amma müharibədə yox idilər. Heç bir dəstək göstərmədilər.

Xatirə xanımın nəzərinə çatdırım ki, bir çox hərbi hissədə oldum. Qubadlı azad olunandan sonra ARB telekanalı ilə birlikdə orada böyük konsert keçirtdik, efirdə yayımlandı.

Xatirə xanım məşhurlaşmaq istəyirsə və ya telekanaldan pul umursa, heç kim ona pul verməyəcək. 40 günün içində iki əzizimi şəhid verdim, bunu heç kimə arzulamıram. Etdiklərimlə danışıb, qürurlanmaq istəmirəm. Mənim etdiyim yardımları bilən bilir. Əlbəttə Xatirə döyüşə getməyəcəkdi. Azərbaycan qadını əlinə silah alıb ora getməli deyil. Bizim igidlərimiz bunu etdi”. (Axşam.az)


Paylaş:


Müəllif : Tarix:
21-02-2021, 14:56
  


loading...
Загрузка...