Səxavətin qəbrini ziyarət etdim, dəhşətə gəldim - Müğənninin qardaşı

"Səxavətin qəbrini ziyarət etdim”.
Regionxeberleri.com bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuz Səxavət işğaldan azad olunan Ağdam rayonu və mərhum xanandə Səxavət Məmmədovun qəbrini ziyarət etməsindən danışarkən deyib. Xanəndə Abdal-Gülablıda qəbiristanlığın dağılmadığını qeyd edib:
"30 ildir baxımsız olduğundan qəbirlər çöküb. Səxavətin ruhu da sevindi. Yaxın gələcəkdə onun qəbrinin üstünü götürəcəyik”.
Firuz Səxavət deyir ki, Abdal-Gülablıda bir ev belə qalmayıb:
"Kəndimizə getdim... Orda gördüyüm mənzərədən dəhşətə gəldim, xeyli müddət özümə gələ bilmədim. 30 il erməninin yaşadığı kənd necə olar? Kəndimizdən əsar-əlamət yoxdur. Bir dənə ev qalmayıb, hamısı dağılıb. Hamı donub qalmışdı, heç kəs heç kəslə danışmırdı, dəli kimi ora-bura baxırdım. İnsanın öz evini belə görməsi çox çətindir”.
Qeyd edək ki, hərbçilərimiz Ağdam rayonununda azərbaycanlı xanəndə Səxavət Məmmmədovun qəbrini tapıblar. Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan dərs alıb. 1976-cı ildə "Hümayun” xalq ansmblının solisti olub. Yaratdığı "Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.
Xanəndə 1991-ci il sentyabrın 30-da Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-11-2020, 18:46
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-11-2020, 18:46
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:37
Bu gün, 08:55
Dünən, 17:06
Dünən, 16:19
Dünən, 15:18
Dünən, 15:17
Dünən, 13:51

LAVROVUN ÇAVUŞOĞLUNA BAKINI DA NARAZI SALACAQ CAVABI VƏ... – Rusiya Türkiyənin iradlarından narahat olub

Qarabağ müharibəsi iştirakçısı bələdiyyə sədrinin qanunsuz əməlləri barədə prezidentə şikayət etdi

Koronavirusun 3-cü dalğa təhlükəsi: Yenidən sərt karantin gözlənilir? - "2 həftədən sonra..."

Mərkəzi Bankın 450 milyonluq müəmmalı susqunluğu: - Elman Rüstəmov ictimai narazılığı niyə “görmür?”

SMS-icazə ləğv olub, avtobuslar isə hələ "qadağa altındadır": - “İnsanlar çörək qazanmaq üçün çıxmağa məcburdur”

Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?