reklam
» » Bu müğənnimizə "halal olsun" deməmək mümkünsüzdür...

reklam

Bu müğənnimizə "halal olsun" deməmək mümkünsüzdür...


İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan müğənni Vüqar Muradov işğaldan azad edilən torpaqlardan yeni görüntülər paylaşıb.

Musavat.com xəbər verir ki, sənətçi bu dəfə Hadrut qəsəbəsinin Tuğ kəndindən video yayıb.
"Xocavənd rayonu, Hadrut qəsəbəsinin Tuğ kəndi, müqəddəs torpaqlarımızı tezliklə hər biriniz gedib görəcəksiniz. Bu videonu tuğlular üçün çəkirəm. Baxın kəndinizə, tezliklə burada olacaqsınız. Ana südü kimi halal olan torpaqlarımızdayıq",- deyə Vüqar bildirib.

Sənətçi digər bir fotosuna isə "Bu iş rahatlıqla həll olunmadı: güclü iradə, əzm, milli ruh sayəsində oldu. Yorulmadan, usanmadan, çəkinmədən savaşdıq. Yalnız əsgərlər deyil, bütün xalq vuruşdu. Təşəkkür hər bir vicdanlı, qeyrətli Azərbaycan vətəndaşına düşür" sözlərini qeyd edib.


Paylaş:


Müəllif : Tarix:
19-11-2020, 16:43
  


loading...
Загрузка...