reklam
» » “Bizim millətimiz çox qudurğan millətdir...” – Məleykə Əsədova

reklam

“Bizim millətimiz çox qudurğan millətdir...” – Məleykə Əsədova


Feysbuk sosial şəbəkəsindəki böyük səhifələrdə tanınmış aktrisa, xalq artisti Məleykə Əsədovanın Azərbaycan xalqını təhqir etməsinə dair paylaşımlar edilib. Həmin paylaşımlarda iddia olunur ki, M. Əsədova belə deyib:

“Bizim millətimiz çox qudurğan millətdir, bilirsiz niyə? Çünki Cənab Ali Baş Komandanımız gecə gündüz çalışır, vuruşur yollarımız pis gündə idi, yollarımıza yeni asfaltlar çəkdirir binalarımız bərbad idi, yeni binalar tikdirdi maaşlar, pensiyalar aşağa idi, qaldırdı. Day Cənab Prezidentimiz bundan artıq neyləməlidir ki? İndi də xəstəlikdi bu xəstəlik tək bizdə deyil ki, bütün dünyanı ağuşuna alıb. Bütün dünya bununla mübarizə aparır. Bizdən ağır iş görməyimizi və ya nəysə eləməyimizi istəmirlər ki. Xalq olaraq pandimeyaya görə deyirlər evdə qalıb xəstəliklərə qalib gələk də”.

İttihamlara sərt reaksiya verən xalq artisti “Sherg.az”a açıqlamasında hiddətini gizlədə bilməyib: “Mən belə ifadə işlətməmişəm. O yazıdan xəbərim yoxdur. Harada yazmışam, kimin yanında demişəm? Ortaya fakt qoysunlar. Bu, dezinformasiyadır. Bunu yazan mədəniyyətini, tərbiyəsini göstərib.

Özü qudurğandır, ona görə elə yazıb. Görünür, çox savadsız, təhsilsiz insandır. Onlar müxalifətdir! Millətimə, dövlətimə, torpağıma həmişə hörmətlə yanaşmışam. Millətimi hər zaman uca tutmuşam. Çünki xalqımın alqışları ilə bu yerlərə gəlib, Məleykə Əsədova olmuşam. Bilmirlər necə etsinlər, neynəsinlər, nə yazsınlar.

Məşhurların adından mənasız sözlər yazaraq gündəmə gəlmək istəyirlər. Artıq dəli olublar. Məni tanıyanlar bilir ki, həmin söz leksikonumda yoxdur. O ki, qala xalqımı belə adlandırım. Həyatımda elə cümlə qura bilmərəm. Maraqlıdır, haqsız şəkildə yazıb, böhtan atanda Allahdan qorxmurlar? Allah cəzalarını versin!”


Paylaş:


Müəllif : Tarix:
7-07-2020, 09:07
  


loading...
Загрузка...