reklam
» » “Yol uzaq olduğu üçün elçi gəlmədilər” – Şəbnəm birinci evliliyindən danışdı

reklam

“Yol uzaq olduğu üçün elçi gəlmədilər” – Şəbnəm birinci evliliyindən danışdı


Müğənni Şəbnəm Tovuzlu ilk evliliyi barədə danışıb.

ATV telekanalında yayımlanan “Gündən-günə" proqramında qonaq olan ifaçı 17 yaşında ərə getdiyini deyib:

"Hər bir kənd qızı istəyər ki, şəhərə gedib, orada ailə qursun. Xalam oğlunun toyuna gəlmişdik, sağdış vuruldu mənə. Bir neçə gündən sonra söylədilər ki, qızın “həri”sini almaq üçün atasının yanına - Bakıdan Tovuza getmək lazımdır. Qız da, oğlan da razı. Amma yolun uzaq olduğunu bilib gileyləndilər, getmədilər. Sonra oğlan dedi ki, gedək, səni anam və bacımla tanış edim. Uzun-uzadı söhbət edib, tanış olduq. Sonra dedim ki, mən getməliyəm. Qayınanam dedi ki, hara gedirsən? Artıq sən bu evin gəlinisən".

Xanım ifaçı ilk evliliyindən 16 yaşlı qızının olduğunu, keçmiş qayınanası və baldızı ilə əlaqələrinin hələ də yaxşı olduğunu bildirib: "Birinci həyat yoldaşımdan 16 yaşlı qızım var. Qızım onlarla nəfəs alır. Onlar da qızımla.17 yaşımda tanış olduğum adamla yeddi gündən sonra toyumuz baş tutmuşdu. Dəvətnamələrimizi də özümüz yazmışdıq ”.

Qeyd edək ki, hazırda Ş.Tovuzlu “Hacı” ləqəbli iş adamı ilə evlidir. Cütlüyün Əli adlı övladı var.


Paylaş:


Müəllif : Tarix:
3-07-2020, 11:02
  


loading...
Загрузка...