reklam
» » “Arxamca dua oxuyacaq kimsə qalmadı” - Video

reklam

“Arxamca dua oxuyacaq kimsə qalmadı” - Video


Bir müddət bundan əvvəl anasını itirən müğənni Bülent Ersoy münsif olduğu “Kuaförüm Sensin” proqramında ağlayıb.

Sənətçi tək olduğunu, ailəsinin, dostlarının vəfat etdiyini qeyd edib. Göz yaşlarına hakim olmayan sənətçi qeyd edib ki, öldüyü təqdirdə arxasınca dua oxuyacaq kimsə qalmayıb:

“Təkəm! Uşağım, kimsəm yoxdur. Ona görə də insanları xoşbəxt etmək istəyirəm. Anam mənim üçün bir başqa idi! Anama dedim ki, tək qalmayacaqsan, mən də yanına gələcəm. 70 yaşındayam, amma yenə anamı istəyirəm. Həm yaxın dostumu- Nur Yerlitaşı, həm də anamı eyni gündə dəfn etdim.

Anam üçün çox darıxıram. Onun ölən anda fotosunu çəkdirdim, hər axşam baxıram. Həyatdan artıq heç bir gözləntim yoxdur. Bütün dostlarım dünyadan köçdü! Hər dəfə anam, rəfiqələrim Nur Yerlitaş, Oya Aydoğan üçün dualar oxutdururam. Amma arxamca dua oxuyacaq heç kim qalmadı. İşin ən pis tərəfi budur”.



Paylaş:


Müəllif : Tarix:
27-06-2020, 12:47
  


loading...
Загрузка...