reklam
» » “Bu hörmətsizlik bir də təkrarlanmasın” - Mərhum bəstəkarın xanımı

reklam

“Bu hörmətsizlik bir də təkrarlanmasın” - Mərhum bəstəkarın xanımı

 “Azərbaycan müsiqisində misilsiz xidmətləri olan Tahir Əkbərin məzarının fotosunun yayılmasının bir məqsədi var ki, böyük sənətkarlara qarşı hörmətsizlik təkrarlanmasın”.

Bunu Yenicag.az-a açıqlamasında Aybəniz Əkbər həyat yoldaşı mərhum bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin sosial şəbəkələrdə yayılan məzarının fotosuna münasibət bildirərkən deyib.

Aybəniz Əkbər onu da bildirib ki, sosial şəbəkələrdə yayılan Tahir Əkbərin ilk məzarının fotosudur:
“Tahir dünyasını dəyişəndə ən böyük arzusu Fəxri Xiyabanda dəfn olunmaq idi. Sağlığında mənə vəsiyyət etmişdi ki, əgər adına layiq yer təklif olunmasa, atasının məzarında dəfn edim. Elə də oldu. Keçmiş nazir Əbülfəs Qarayev ona layiq olmayan qamışlıqda məzar üçün yer ayırdı və Tahiri orda dəfn etdilər. Mən nazirin gül çələngini də qəbul etmədim, həyat yoldaşımın məzarını dəyişməklə, vəsiyyətinə əməl etdim. Tahirin müalicə xərclərini üzərinə götürən birinci vitse-prezident Mehriban xanım Əliyeva onun və atasının məzarının üstünün götürülməsi ilə bağlı elə həmin vaxt tapşırıq verdi. Ailəmiz adından ona minnətdarıq”.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə mərhum bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin əvvəlki məzarından “Allah bizi bağışlamayacaq” şərhi ilə fotolar paylaşılıb.


Paylaş:


Müəllif : Tarix:
4-06-2020, 11:02
  


loading...
Загрузка...