reklam
» » “Bütün dəli fikirlərimi həyata keçirmişəm”

reklam

“Bütün dəli fikirlərimi həyata keçirmişəm”


“Yaya doğru gedirik. İmicimdə də dəyişiklik etdim. Uşaq vaxtı Hindistanın aktrisası Zinət Amanı çox sevirdim. Onun saçları düz və uzun idi. Bütün mahnıları, səhnələri əzbər yadımdadır.  İndiki imicimi ona oxşadırlar. Düzgün bənzətmədir”.
Bu sözləri Xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib. Müğənni “Hatuba” rəqsi ilə məşhurlaşan Bollivud ulduzu Zinət Amana bənzədildiyini qeyd edib.
Bundan əlavə, sənətçi “Dəli fikirlər” mahnısı barədə danışıb: “Mən “Dəli fikirlər” mahnısının dadını çıxarmamışam. Layihəni təqdim etdik, amma karantin dövrünə düşdü. Demək olar ki, bütün dəli fikirlərimi həyata keçirmişəm. Nəticəsini də siz görmüsüz. Təbii ki, bunlar yaradıcılıqla bağlı olub”.


 


Paylaş:


Müəllif : Tarix:
1-06-2020, 11:17
  


loading...
Загрузка...