reklam
» » Əməkdar artisti aldadıb pulunu aldılar

reklam

Əməkdar artisti aldadıb pulunu aldılar


Əməkdar artist Nahidə Orucovanı aldadıb pulunu alıblar.
Aktrisa bu haqda "Elgizlə izlə" verilişində deyib. O bildirib ki, Elnarə Abdullayeva adlı qadın ondan pul alıb və hazırda telefona cavab vermir:
"Gizlənib, telefonlarıma cavab vermir. Özü də zəng edib demir ki, gözlə, imkanım yoxdur, pulu qaytaracam. Əlimdə ancaq mesajları var, tək sübutum odur. Bir yaxınım var, ev almalıydıq. Bu qadın da bizdən pul alıb, dedi ki, sizi də salacam siyahıya. Amma salmadı. Evi də ala bilmədik. Əvvəl məbləğ 4 min idi, indi 8 minə qalxıb. Neçə vaxtdır səsimi çıxarmıram. Qadındır, qıymırdım ki, polisə düşsün.
Elnarə, üzə çıx, borcu qaytar. Pislik etmək istəmirəm".
Proqrama zəng edən Xalq artisti Məleykə Əsədova Elnarə adlı qadınla bağlı başqa iddialar ortaya atıb:
"Elnarə Abdullayeva çox adamı aldadıb. Getdiyim salonda bu hadisəni eşitmişdim. Orada azı bir 30 qadınla bu haqda danışdım. Elnarə hamıya pul atıb. Qızıllar taxıb, bahalı maşınla gəlirmiş bunların yanına. Hamıdan ev adıyla pul alıb. İndi onu məhkəməyə veriblər. Yazıq insanların başına oyun açıb. Dələduzluq edib, camaatın son qəpiyini alıb. İndi də qaytarmır, gündə bir yaland eyir. Məhkəməyə də getmir". (axşam.az)




Paylaş:


Müəllif : Tarix:
1-04-2020, 11:58
  


loading...
Загрузка...