reklam
» » Nazirlik xalq artistinin dəfnində iştirakı QADAĞAN ETDİ

reklam

Nazirlik xalq artistinin dəfnində iştirakı QADAĞAN ETDİ


Mədəniyyət Nazirliyi koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda tətbiq olunan xüsusi rejimin qaydalarına riayət olunması üçün Xalq artisti Rauf Babayevin dəfni ilə bağlı vətəndaşlara müraciət edib.
Bu barədə "Report"a açıqlama verən nazirliyin Mətbuat Xidmətinin rəhbəri İntiqam Babayev vətəndaşları karantin qaydalarına riayət etməyə çağırıb:
"Mətbuat vasitəsi ilə insanlara müraciət edirik ki, heç kim dəfn mərasiminə gəlməsin. Hökumətin karantin rejimi ilə bağlı qərarı var. Hamı buna əməl etməlidir. 10 nəfərdən artıq insanın toplaşmasına icazə yoxdur. Nazirlik mədəniyyət xadiminin itikisi ilə əlaqədar ailəsinə, yaxınlarına və xalqımıza başsağlığı verir".
Qeyd edək ki, Xalq artisti, müğənni Rauf Babayev bu gün 82 yaşında dünyasını dəyişib.
O, bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Allah rəhmət eləsin!


Paylaş:


Müəllif : Tarix:
27-03-2020, 13:43
  


loading...
Загрузка...