reklam
» » "Dedi, ərizəni yaz, işdən çıx" - Xalq aristinə HÖRMƏTSİZLİK

reklam

"Dedi, ərizəni yaz, işdən çıx" - Xalq aristinə HÖRMƏTSİZLİK


Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov uzun illər fəaliyyət göstərdiyi Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırılıb. Aktyor inciyərək Bakını birdəfəlik tərk edib.
Regionxeberleri.com bildirir ki, bunu Yenicag.az-a açıqlamasında aktyor özü bildirib:
“Teatrda bir tamaşam vardı, o da repertuardan çıxarıldı. Rəhbərlik mənə dedi ki, ərizəni yaz, işdən çıx. Mən də yazdım. Teatrda fəaliyyət göstərməyəndən sonra, Bakıda niyə qalım ki?Doğulduğum Ağstafa rayonuna gəlmişəm və burda yaşayıram. Bir serialda çəkilirəm, çəkiliş olanda Bakıya gedib, yenə bura qayıdıram».
Xalq artisti incikliyini də gizlətmədi:
“Əlim əsmir, belim bükülməyib, teatrdan niyə uzaqlaşdırılmalıyam axı? Bütün dünyada yaşlı aktyorlar üçün xüsusi əsərlər yazılır, bizdə isə əksinə, səhnədən uzaqlaşdırılır. Biz teatra işləməyə gələndə Yusif Vəliyev kimi böyük aktyorları görüb, onlardan öyrənirdik. İndi də gənclər yaşlı nəsil aktyorlardan öyrənməlidir. Bizlər teatrdan uzaqlaşdırılırıqsa, bu yeni nəsil aktyorlar kimdən öyrənəcək?”


Paylaş:


Müəllif : Tarix:
18-03-2020, 16:17
  


loading...
Загрузка...