reklam
» » “Kelebek” üçün Türkiyəyə getdilər - Fotolar

reklam

“Kelebek” üçün Türkiyəyə getdilər - Fotolar


Sabah Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafat mərasimi baş tutacaq. Fevralın 18-nə kimi aparılan səsverməyə əsasən,  İstanbulda Azərbaycanın ən parlaq ulduzu elan ediləcək. 
“Zorlu Center”dəki tədbirdə 7 namizəd qalibiyyət uğrunda mübarizə aparacaq. Onlar Xalq artisti Röya Ayxan, Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynallı, Oksana Rəsulova, Pərvin Abıyeva və Azad Şabanovdur. 
Xatırladaq ki,  Elçin Cəfərov, Murad Arif və Xəyyam Nisanov yarışmada iştirakdan imtina ediblər. Tək bəy namizədi olan A. Şabanov isə təşkilatçılar tərəfindən Türkiyəyə göndərilməyib.
 



İddiaya görə, səsvermədə qalib Röya Ayxandır. O, bir neçə gün bundan əvvəl öz komandası ilə İstanbula yola düşüb. Digər namizəd Pərvin Abıyeva isə şou-biznes üzvləri ilə yox, rəfiqələri ilə getmək qərarına gəlib.
Sevda, Oksana, Gülay və Nura isə bu gün İstanbula yola düşüblər. Onlar təyyarədə çəkilən görüntülərini instaqram səhifələrində paylaşıblar.
Qeyd edək ki, tədbir Kanal D və teve2 tərəfindən canlı yayımlanacaq. Gecənin aparıcıları Çağla Şikel və Cem Davrandır.



 


Paylaş:


Müəllif : Tarix:
27-02-2020, 14:10
  


loading...
Загрузка...