reklam
» » Oksana Röya Ayxana rəqib oldu

reklam

Oksana Röya Ayxana rəqib oldu


Tanınmış aktrisa Oksana Rəsulova "Hər şey daxil" verilişinin qonağı olub.

Aktrisa verilişdə "Altın Kelebek" mükafat mərasimindən danışıb:
"Təşkilatçılar bizə şans yaradıblar ki, hər gün zəng vurub səsvermədə neçənci yerdə olduğumuzu öyrənə bilək. Mən hazırda ikinci yerdəyəm".
Sənətçi səsvermədə iştirak edən Xalq artisti Röya Ayxan barədə isə bunları deyib:
"Düşündüyümə görə, birinci Röya Ayxandır. Müğənnini aktrisa ilə müqayisə etmək düzgün deyil. Röyanın fanatları, mahnıları çoxdur, fəaliyyəti illərə dayanır. Təbii ki, Röya lider olacaq. Peşələr üzrə səsvermə olsaydı, mən qalib gələcəkdim".
Qeyd edək ki, fevralın 18-də "Azərbaycanın ən parlaq ulduzu" namizədləri İstanbulda iştirak edəcək. İştirakçılar arasında müğənnilər Azad Şabanov, Elçin Cəfərov, Gülay Zeynallı, Nura Suri, Röya Ayxan, Sevda Yəhyayeva, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova var.


Paylaş:


Müəllif : Tarix:
15-02-2020, 13:12
  


loading...
Загрузка...