reklam
Regionxeberleri.com » Köşə » Navalnıya Saxarov mükafatı verildi

reklam

Navalnıya Saxarov mükafatı verildi


Avropa Parlamenti həbsdə olan rusiyalı müxalif Aleksey Navalnını Saxarov adına “Düşüncə azadlığı” mükafatı ilə təltif edib.

Bu barədə Avropa Xalq Partiyasının Tvitter hesabında yazılıb:

“Rusiyalı müxalifətçi Aleksey Navalnı 2021-ci ilin Saxarov mükafatına layiq görülür”.

Mükafat verilənlərin qısa siyahısında Əfqanıstan qadınları və Boliviyadan olan hüquq müdafiəçisi də daxil idi. Mükafatlandırma mərasimi dekabrın 15-də Strasburqda AP-nin plenar iclasına planlaşdırılır.

Qeyd edək ki, Saxarov mükafatı 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilib. Mükafat Sovet fiziki, SSRİ-də insan haqları hərəkatının liderlərindən biri, Nobel Sülh Mükafatı laureatı (1975) Andrey Saxarovun (1921-1989) adını daşıyır. Mükafat sahibi diplom və 50 min avroluq çek alır.


Paylaş:


Müəllif : Tarix:
20-10-2021, 19:34
Sikayət   


loading...
Загрузка...