reklam
» » “Niyə dünən 50 manat alan hərbçi bu gün 20 alır?” - Siyavuş Novruzov

reklam

“Niyə dünən 50 manat alan hərbçi bu gün 20 alır?” - Siyavuş Novruzov


"Bir çox yerlərdə internet televiziyalari var. Siz də həmişə bunu dəstəkləmisiz. Hesab edirəm ki, parlamentin internet televiziyası olsa, yaxşı olar. Buna ehtiyac var"
 
Bunu deputat Siyavuş Novruzov parlametin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Deputat qeyd edib ki, internet televiziyasinda debatlar təşkil etmək olar:

"Milli Məclisin fəaliyyəti haqqında yanlış fikirlər paylaşırlar. Halbuki bu böhtan və saiyələr qəsdən törədilir".

Siyavuş Novruzov hərbçilər barədə də danışıb:

"Əsgərlərimiz 44 günlük muharibədə rəşadət göstərib. Hərbçilərimiz evlə təmin olunsun deyirik. Eyni zamanda, hərb sahəsində çalışanlar yüksək əmək haqqı almalıdır. Bu dünya təcrübəsində də var. Dünən 50 manat alan bu gün 20 alır. Buna aydınlıq gətirilməlidir"

Sədr Sahibə Qafarova isə bildirib ki, parlametlə bağlı həftədə bir dəfə İctimai televiziyada veriliş yayımlanacaq. Əslində bu ötən sessiya üçün nəzərdə tutulub.(Modern.az)


Paylaş:


Müəllif : Tarix:
1-02-2021, 12:44
  


loading...
Загрузка...