reklam
» » “Azərbaycan Ordusunun Şuşaya doğru irəliləməsi…” - Fotolar

reklam

“Azərbaycan Ordusunun Şuşaya doğru irəliləməsi…” - Fotolar


 “Müharibə başlayan günü Füzulidən geri çəkilib, Məngələnataya köçən erməni döyüşçüləri orda əvvəlki (1992-ci ildəki) mövqelərini bərpa edib, möhkəmləndiriblər. Oranı tanıyırlar bilirlər ki, həmin ərazidə erməniləri təslim etməyin ən yaxşı yolu onları mühasirədə saxlamaqdır. Ona görə də xilaskar ordumuzun taktikası ilə Məngələnatanın arxa – Qırmızı bazar tərəfində keçib, Füzuli və Məngələnata yüksəkliyini birlikdə mühasirəyə salmaqdır”.

Bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

“Düşünürəm ki, tezliklə xəritədə cənubda Füzulinin solu və sağından bir-birinə yaxınlaşan yaşıl ərazilər birləşəcək və ortada qalan qırmızı ərazi artıq bizim olmaqla narahatlıq yaratmayacaq. Rəşadətli ordumuz da Qırımızı Bazardan Domu yolu ilə Şuşaya doğru irəliləyəcəkdir.

Eyni zamanda şimal-qərbdən də ordunun Şuşaya doğru irəliləməsi nəticəsində Şimal və Cənub korpusunun görüş yeri Xankəndi və Şuşa olacaq. Yolları açıq və aydın olsun! Tezliklə Şuşada görüşənədək!” – Q.İbadoğlu qeyd edib.




Paylaş:


Müəllif : Tarix:
16-10-2020, 23:07
  


loading...
Загрузка...