reklam
» » Azərbaycanda minik avtomobilləri bahalaşıb - RƏSMİ

reklam

Azərbaycanda minik avtomobilləri bahalaşıb - RƏSMİ



Azərbaycanda ərzaq, qeyri-ərzaq məhsullarının və göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi açıqlanıb.

Regionxeberleri.com-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 98,6 faiz, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,9 faiz təşkil edib. Aylıq müqayisədə ərzaq məhsullarının qiyməti 1,4 faiz azalıb, illik müqayisədə isə 4,9 faiz artıb.

İyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,3 faiz, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,9 faiz olub. Qeyri ərzaq məhsullarının qiyməti aylıq müqayisədə 0,3 faiz, illik müqayisədə isə 3,9 faiz artıb.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,1 faiz, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,5 faiz təşkil edib. Aylıq müqayisədə qiymətlər 0,1 faiz, illik müqayisədə isə 3,5 faiz artıb.

Belə ki, illik müqayisədə ərzaq məhsullarından çörək, çörək məmulatları, yarmalar, balıq, balıq məhsulları, süd, süd məhsulları, yumurta, kərə yağı, bitki yağları, meyvələr, tərəvəzlər, qənd, cem, bal, şokolad, konfetlər, çay, qəhvə, kakao, mineral sular, araq, konyak, tütün məmulatları bahalaşıb. Ət və ət məhsulları isə ucuzlaşıb.

Həmçinin, qeyri-ərzaq məhsullarından parçalar, geyim, ayaqqabı, inşaat materialları, mebel, ev əşyaları, xalça, döşəmə örtükləri, məişət cihazları, kiçik elektrik cihazları, şüşə məmulatları, yemək qabları, minik avtomobilləri, minik avtomobilləri üçün ehtiyat hissələri, velosipedlər, yanacaq məhsulları (benzin və dizel), kompüter, noutbuk, planşet, kitablar, qəzet və digər dövri nəşrlər, dəftərxana ləvazimatları, zərgərlik məmulatları, oyuncaqların qiyməti artıb. Telefon aparatlarının qiyməti azalıb, dərmanların qiyməti isə sabit qalıb.


Paylaş:


Müəllif : Tarix:
15-07-2021, 13:13
  


loading...
Загрузка...