reklam
» » Azərbaycanda benzin istehsalı azalıb, dizel istehsalı artıb - FOTO

reklam

Azərbaycanda benzin istehsalı azalıb, dizel istehsalı artıb - FOTO



Azərbaycanda 2021-ci ilin yanvar-may ayları ərzində 1 milyard 603,6 milyon manat dəyərində neft məhsulları istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.

Bu dövr ərzində ölkədə 478,7 min ton avtomobil benzini, 1 milyon 16,6 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 5,4 faiz azalıb, dizel yanacağının istehsalı isə 9,2 faiz artıb.


Eləcə də, neft məhsullarından sürtkü yağlarının istehsalı 79,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 34,3 faiz, neft koksunun istehsalı 16,1 faiz artıb, neft bitumunun istehsalı 7,7 faiz, ağ neftin istehsalı 13,8 faiz, yanacaq mazutunun istehsalı isə 36,6 faiz azalıb.

Qeyd edək ki, pərakəndə ticarət dövriyyəsində istehlakçılara 967,2 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb. Satış həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artıb.


Paylaş:


Müəllif : Tarix:
15-06-2021, 16:48
  


loading...
Загрузка...