reklam
» » “Türkiyə və Azərbaycan arasında sərbəst ticarət müqaviləsi üzrə çalışmalara başlamalıyıq" - Ruhsar Pekcan

reklam

“Türkiyə və Azərbaycan arasında sərbəst ticarət müqaviləsi üzrə çalışmalara başlamalıyıq" - Ruhsar Pekcan

“Türkiyə və Azərbaycan arasında ticari və iqtisadi əlaqələrin inkişafı üçün çalışmağa davam edəcəyik”. “Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.

O, iki ölkə arasında Güzəştli Ticarət Sazişinin qüvvəyə mindiyini xatırladıb: “Oradakı məhsulların siyahısı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə yaraşmayan dərəcədə məhdud qalıb. Hazırda dostlarımızla 150 növ məhsul siyahısı üzərində işləyirik. Ancaq vahid bazar prinsipləri əsasında Azərbaycan və Türkiyəyə Sərbəst Ticarət Müqaviləsi yaraşar. Hədəfimiz Sərbəst Ticarət Anlaşması olmalıdır. Bu siyahıları müzakirə edib sürətləndirərkən bir tərəfdən də onun çalışmalarına başlamalıyıq”.

R.Pekcan bildirib ki, artıq məhsulların siyahısı danışılmalıdır: "Ticarətimizdə liberallaşmanı müzakirə etməliyik. Prezidentlərimizin bizə hədəf göstərdiyi 15 milyard dollarlıq ticarət həcminə çatmaq üçün ticarətin qabağındakı əngəllər qaldırmalı, milli valyutalarla daha çox ticarət əməliyyatı aparmalıyıq".

Nazir vurğulayıb ki, iki ölkə arasındakı münasibətlərdə investisiyalar son dərəcə əhəmiyyətlidir: "Ermənistanın məhv edərək buraxdığı, işğaldan qurtarılan bölgələrdə infrastruktur layihələrində hər cür əməkdaşlığa hazırıq. Bundan başqa, rəqəmsal ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də vacibdir. Azərbaycanın tranzit keçidlərində rüsumlar qaldırılmalı və Xəzər Ro-Ro rüsumları məqbul səviyyələrə endirilməlidir".


Paylaş:


Müəllif : Tarix:
1-04-2021, 21:40
  


loading...
Загрузка...