reklam
» » Mərkəzi Bank 2020-ci ilin statistikasını açıqladı - Tədiyyə balansında 2 milyard dollara yaxın defsit yaranıb...

reklam

Mərkəzi Bank 2020-ci ilin statistikasını açıqladı - Tədiyyə balansında 2 milyard dollara yaxın defsit yaranıb...

Mərkəzi Bank sərt karantin rejimi altında başa vurduğumuz 2020-ci il üzrə ödəmələr balansı statistikasını açıqlayıb. İlin yekunlarına görə cari hesabda 227,6 mln. dollar, tədiyyə balansının ümümu saldosunda 1.988 mlrd. dollar defisit yaranıb.

Hesabatı təhlil edən iqtisadçı Rövşən Ağayev bildirib ki, ümumi defisit əsasən maliyyə hesabında yaranan təxminən 2.4 mlrd. dollar xalis kapital çıxışı ilə bağlı olub. Onun sözlərinə görə, 2019-cu ildə əksinə maliyyə hesabında 130 mln. dollar profisit qeydə alınmışdı.

"Kapital çıxışının 1 mlrd. dolları ölkədən xaricə birbaşa və portfel formasında, 1.4 mlrd. dolları isə "digər investisiyalar" - depozitlər, nağd valyuta, kreditlər və s. formasında kapital transferi ilə bağlı olub. Təkcə depozit və və nağd valyuta formasında xalis kapital çıxışı 1.3 mlrd. dollara yaxın olub",- deyə Ağayev vurğulayıb.

Ekspert vurğulayıb ki, rədiyə balansındakı böyük həcmdə defisitə baxmayaraq hökumət bəyan edib ki, aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində nəinki valyuta ehtiyatları azalıb, əksinə 1 əvvəlki ilə nisbətən 353 mln. dollar artıb: "Rüblər üzrə təhlil göstərir ki, həm cari hesabda, həm də ümumi saldoda qeydə alınan defisit əsasən 2 və 3-cü rüblərdə formalaşıb. İlin son rübündə bu göstəricilərdə ciddi dəyişiklik olmayıb və bu da əsasən neftin qiymətinin yaydan sonrakı dönəmdə bahalanması ilə bağlıdır".

R. Ağayev daha sonra bildirib ki, hesabatda turizmlə bağlı daxilolamaların 6 dəfəyədək azalması göstərilib: "Azərbaycan Mərkəzi Bankının "balanlaşdırıcı maddə" kimi qeyd elədiyi, lakin beynəlxalq metodologiyada "xalis xəta və kənarlaşma" kimi əks olunan maddə üzrə ölkəyə 648 mln. dollar kapital girişi baş verib. Bu maddə tədiyə balansının heç bir bölməsində ən müxtəlif səbəblərdən uçota alınmayan, lakin maliyyə sistemində ortaya çıxan xarici valyuta kütləsinin həcminə əsasən təyin edilir.

"Xalis xəta və kənarlaşmalar" maddəsi üzrə 648 mln. dollarlıq kapital girişi tədiyyə balansının ümumi defisitinin azalmasında əhəmiyyətli rol oynayıb".


Paylaş:


Müəllif : Tarix:
31-03-2021, 14:08
  


loading...
Загрузка...