reklam
» » SOCAR-ın şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 17 milyon manat ianə edib

reklam

SOCAR-ın şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 17 milyon manat ianə edib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti (CDC) işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna 17 milyon manat məbləğində vəsait köçürüb.

Bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilir ki, Azərbaycan neftçiləri bu günlərdə arxa cəbhədə Azərbaycanın Silahlı Qüvvələrinə dayaq olmaqla bərabər, həm də ölkəmizdə elan edilmiş hərbi səfərbərlik çərçivəsində milli ordumuzun sıralarında Vətənə xidmət edirlər.

Azərbaycan Prezidentinin tarixi missiyası uğrunda sıx birləşən SOCAR işçiləri, şirkət tərəfindən köçürülən ianədən əlavə olaraq, öz əmək haqqlarından da fərdi ianələrin köçürülməsi üçün şirkət rəhbərliyinə müraciətlər etmişlər. SOCAR işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyona yaxın məbləğ də yaxın zamanda SOCAR tərəfindən Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüləcək. SOCAR-ın müxtəlif müəssisələrində ianələrin toplanması davam edir.


Paylaş:


Müəllif : Tarix:
9-10-2020, 17:30
  


loading...
Загрузка...