reklam
» » "BakuBus" MMC 10 manatlıq şirkətə - Milyonları həvalə etdi

reklam

"BakuBus" MMC 10 manatlıq şirkətə - Milyonları həvalə etdi


"BakuBus" MMC ehtiyat hissələrin satınalınması tenderinin qalibini açıqlayıb.

Tenderin qalibi "AZ-Tex-Import" MMC olub.

"BakuBus" MMC İveco markalı avtobusların istismarı üçün tələb olunan ehtiyat hissələrin satınalınması "AZ-Tex-Import" MMC-yə 2 milyon 888 min 494 manat ödəyəcək.

Qeyd edək ki, "AZ-Tex-Import" MMC 19 iyul 2017-ci ildə 10 manat kapitalla yaradılıb. Şirkətin qanuni təmsilçisi Samir İbadullayev Sahib oğludur.

"AZ-TEX-IMPORT" MMC bu ilin fevralında BNA -nın "3 ədəd evakuatorun satın alınması" tenderini qazanmışdı və 294 min 900 manat məbləğində müqavilə bağlanmışdı.


Paylaş:


Müəllif : Tarix:
24-09-2020, 15:50
  


loading...
Загрузка...