reklam
» » “Həmin bankların əmanət qəbul etməsi vətəndaşların günahı deyil” - Deputat

reklam

“Həmin bankların əmanət qəbul etməsi vətəndaşların günahı deyil” - Deputat


Müflis elan edilən banklarda blok olunmuş əmanətlərlə bağlı baş nazir Konstitutsiya Məhkəməsinə sorğu göndərib. Nazirlər Kabinetinin sözügedən məhkəməyə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə müvafiq qanuna şərh verilməsinin zəruriliyi əsaslandırılır.

Bu barədə Modern.az-a danışan Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bu, bank sektoruna inamın bərpasına səbəb ola bilər:

“Təklifimizin hökumət tərəfindən dəyəndirilməsi müsbət hal olmaqla yanaşı, bu məsələnin həllini tapması bank sekoruna olan inamın qorunub saxlanması baxımdan da vacibdir. Əvvəllər də qeyd etdiyimiz ki, depozit qəbulu qadağan olunmuş bankların əmanət qəbul etməsi vətəndaşların günahı deyil. O baxımdan da, Baş Nazirin bu məsələ ilə bağlı sorğu göndərməsi təqdirəlayiqdir”.
Deputat deyib ki, yaxın günlərdə məhkəmə bu məsələ ilə bağlı öz qərarını açıqlayacaq:

“Güman olunur ki, bu qərardan sonra vətətdaşlar öz əmanətlərini daha qısa zamanda geri ala biləcəklər. Bütövlükdə, bu məsələ bi daha bank nəzarətinin daha da gücləndirilməsi və əmanətlərin sığortalanmasında yeni mexanizminin tətbiqini bir daha gündəmə gətirir”.


Paylaş:


Müəllif : Tarix:
13-07-2020, 11:17
  


loading...
Загрузка...