reklam
» » «Bakubus»un 3 böyük tenderini Gürcüstan şirkəti QAZANDI

reklam

«Bakubus»un 3 böyük tenderini Gürcüstan şirkəti QAZANDI



"Bakubus" MMC 3 böyük tenderinin qaliblərini edan edib.

Hər 3 tenderdə «AZTECH AND TEGETA MOTORS» MMC qalib gəlib. Həmin terderlər aşağıdakılardır:
1. Nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan elektrik komponentlərinə aid ehtiyat hissələrinin satınalınması – 429 029 manat.

2. Nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan isitmə, kompressor və pnevmatik sistemlərinə aid ehtiyat hissələrinin satınalınması – 415 171 manat.

3. Nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan karkas detallarına aid ehtiyat hissələrinin satınalınması – 470 583 manat.

DİA.AZ bildirir ki, “Aztech & Tegeta Motors” şirkətinin 15.02.2017-ci il tarixində Bakıda , Badamdar şosesi 1C-də təntənəli açılışı olub. Bu möhtəşəm tədbirdə dünyanın 30 müxtəlif ölkəsindən “Aztech & Tegeta Motors”la sıx əməkdaşlıq əlaqələri quran dünya markalarının nümayəndələri iştrak ediblər. Tədbir böyük marağa səbəb olduğu üçün həm yerli, həm də xarici KİV nümayəndələri iştirak ediblər. “Tegeta Motors”u mətbuata kim sifariş verib?
Məlumat üçün bildirək ki, “Aztech Tegeta Motors” şirkəti Gürcüstanın “Tegeta Motors” şirkətinin törəməsidir. “Tegeta Motors” isə Gürcüstanda böyük şirkətlərdən biri hesab olunur. “Aztech & Tegeta Motors” “International Groupauto”nun rəsmi üzvlüyünə qəbul edilib və bununla belə, Azərbaycan ehtiyat hissələri bazarına “Bridgestone”, “Michelin”, “Hankook”, “Varta”, “Exide”, “Optima”, “Shell”, “Motul”, “Meguin”, “Hengst”, “ZF Parts”, “Lemforder”, “Sachs”, “Philips”, “Bosch”, BPW, “Thermo King”, “Febi”, “Federal Mogul” və s. kimi 300-ə qədər dünya brendlərini təqdim edir. Mərkəzdə hər marka avtomobil və xüsusi təyinatlı avtotexnika üçün ehtiyat hissələrinin satışı, servisi və diaqnostikası kimi yüksək keyfiyyətli, sərfəli və zəmanətli xidmətlər təklif edilir. “Aztech & Tegeta Motors” həm pərakəndə, həm topdansatışlar həyata keçirir.


Paylaş:


Müəllif : Tarix:
26-06-2020, 13:03
  


loading...
Загрузка...