reklam
» » AZAL Nyu York-Bakı aviabiletini 900 dollara satır? – AZAL-dan AÇIQLAMA

reklam

AZAL Nyu York-Bakı aviabiletini 900 dollara satır? – AZAL-dan AÇIQLAMA


“Azərbaycan Hava Yolları” (AZAL) QSC –nin Nyu Yorkdan Bakıya təşkil etdiyi ödənişli çarter reysinin qiyməti 900 – 2100 dollar arasında dəyişir.
Regionxeberleri.com Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı tanınmış iqtisadçı-alim, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu sosial şəbəkə hesabından paylaşıb.
Qubad İbadoğlu qeyd edib ki, standart uçuşlarda “economy” biletlərinin 350 dollar olmasına baxmayaraq AZAL pandemiya dövründən sui-istifadə edərək “economy sinif”in qiymətini 3 dəfəyədək artırıb.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirdi ki, AZAL çarter reyslərini hökumətin tapşırığına əsasən təşkil edir. Qubad İbadoğlunun səsləndirdiyi iddiaların doğru olub-olmadığı ilə bağlı sualımıza cavab verən AZAL rəsmisi məlumatı nə təsdiq, nə də inkar etdi. AZAL rəsmisi qeyd etdi ki, bu məlumatın hansı mənbədən götürüldüyünü bilirik: “Bu məsələ ilə bağlı hansısa məlumat almaq istəyirsinizsə AZAL-a rəsmi sorğu ünvanlayın”.


Paylaş:


Müəllif : Tarix:
3-06-2020, 17:38
  


loading...
Загрузка...