reklam
» » Bu avtomobillər heç vaxt Azərbaycanda olmayacaq - Səbəbi AÇIQLANDI

reklam

Bu avtomobillər heç vaxt Azərbaycanda olmayacaq - Səbəbi AÇIQLANDI


Hərdən kinolarda və digər videolarda əsasən ABŞ, İngiltərə və digər uzaq ölkələrdə bizə tanış gəlməyən avtomobillərə rast gəlirik. Həmin avtomobillərin niyə Azərbaycanda olmaması insanların əksəriyyətini düşündürür.

Mövzu ilə bağlı münasibət bildirən avtonəqliyyat üzrə ekspert Eldəniz Cəfərov hər avtomobilin Azərbaycanda hansı səbəblə olmamasına aydınlıq gətirib:

“Hər il avtomobil sektorunda yeni modellər hazırlanır. Hətta yeni markalar da ortaya çıxır. Hazırda Yaponiya istehsalı olan “Toyota Yaris”in bazasında “mini krassover” istehsal olunub. “Toyota Yaris” kiçikseqmentli hetçbek və sedan tipli avtomobildir. 2021-ci ildə yeni avtomobilin Azərbaycana gətirilməsi gözlənilir. İstehsalçı ölkələr avtomobilləri ixrac edəcəkləri ölkələrin iqlim və standartlarına uyğun istehsal edilər. ABŞ-da, Avropada, Uzaq Şərqdə, ərəb ölkələrində bütün bunlar çox fərqlidir. Bəzən deyirlər ki, filan maşın niyə Azərbaycanda yoxdur? Çünki o avtomobil, məsələn, ABŞ üçün istehsal olunub. Avropa üçün istehsal olunan avtomobillər rəsmi distrübüterlər tərəfindən Azərbaycana da gətirilir. Ancaq ola bilər ki, Avropada tələbatlı olan maşın Azərbaycanda o qədər də tələbatlı olmasın. Bu halda həmin avtomobil ölkəyə gətirilmir. Dünyanın ən məşhur brendlərində də azərbaycanlı mütəxəssislər çalışır. Onlar əsasən, dizayner sahələrində fəaliyyət göstərirlər. Məsələn, “Lamborghi"ni şirkətinin ofisində çalışan Samir Sadıxovu deyə bilərəm. Onun dizaynları əsasında avtomobillər hazırlanır və çox bəyənilir”.

Ekspert hazırda su ilə çalışan avtomobilin ölkəmizdə olmadığını qeyd edib:

“Hazırda “Toyota Motor Corporation” tərəfindən istehsal olunan və su ilə çalışan "Mirai” avtomobili Azərbaycanda yoxdur. Avropa İttifaqına daxil olan bir neçə ölkədə bu avtomobil satılır. Qiyməti təxminən 60-70 min avro arasındadır. Həmin avtomobillərin Azərbaycanda olmaması ölkəmizdəki infrastrukturla əlaqəlidir. Yəni, ilk növbədə infrastruktur, təmir servisləri, enerji ilə təminetmə məntəqələri və digər standartlar nəzərə alınandan sonra ölkəyə gətirilir”.

Həmsöhbətimiz bundan əlavə, pandemiyanın dünyanın avtomobil sektoruna ağır zərbə vurduğunu deyib:

“Pandemiya əksər ölkələrdə avtomobil istehsalına mənfi təsir etdi. Bununla yanaşı, bazarlarda da durğunluq yarandı ki, bu da ümumilikdə avtomobil sektoruna ağır zərbə vurdu. Hazırda distrübüterlər mövcud vəziyyətdən çıxmağa çalışırlar. Ümid edirik ki, karantindən sonra zavodların istehsal prosesi və distrübüterlərin satışı bərpa ediləcək. Ancaq bu o qədər də asan olmayacaq. Hansı ölkələrdə ki, sahibkarlara subsidiyalar ayrılacaqsa, onların avtomobil sektoru böhrandan azad olacaq. Əks təqdirdə distrübüterlər və dillerlər üçün çətin vəziyyət yaranacaq”.


Paylaş:


Müəllif : Tarix:
19-05-2020, 12:59
  


loading...
Загрузка...