reklam
» » Bakının əmlak bazarında maraqlı durum: - Ucuz evlər yoxa çıxıb, bahalı obyektlər satışda

reklam

Bakının əmlak bazarında maraqlı durum: - Ucuz evlər yoxa çıxıb, bahalı obyektlər satışda


“Bu gün bazarda qeyri-müəyyənlik hökm sürür. Yəni satan var, alan yoxdur. Bu aktivlik son 20 ilin ən aşağı həddindədir. Yəni satanla alan görüşmür, bazarda sövdələşmə getmir. Əsasən qiymət artımları struktur dəyişiklikləri ilə bağlıdır”.

Regionxeberleri.com bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli hazırkı və karantindən sonrakı dövrdə əmlak bazarındakı gözləntilərdən danışarkən deyib.

Onun sözlərinə görə, karantindən sonra bu sahədəki gözləntilər bir neçə səbəbdən asılı olacaq:

“Ucuz obyektlər yoxa çıxıb və ay ərzində kifayət qədər sayda bahalı obyektlər bazara daxil olub. Ona görə də orta qiymət yüksəlib. Karantindən sonra bu sahədə gözləntilər pandemiya dövrünün müddətindən, neft birjalarında baş verəcək hadisələrdən, pandemiya dövründən sonra daşınmaz əmlak bazarına göstəriləcək dövlət və müəyyən fərdi investorların əhəmiyyətli dəstəyindən, xarici investorların bu bazara olan marağından asılı olacaq. Bu 4 göstəricidən asılı olaraq bazarda müxtəlif istiqamətlərdə ilk dinamika hərəkət edə bilər. Bu baxımdan, proqnoz vermək bir qədər çətin məsələdir. Əgər bir ay ərzində bütün dünya pandemiya vəziyyətindən çıxarsa, təbii ki, qiymətlər həm neft birjalarında, həm investisiya, həm də daşınmaz əmlak bazarında stabilləşəcək. Orta müddətli dövr, yəni yayın sonu- payız aylarının əvvəlinə qədər davam etsə, qiymət azalması qaçılmaz olacaq. Ola bilər ki, 6-10 faiz arasında dəyişsin. Amma uzunmüddətli, yəni pandemiya gələn ili də əhatə etsə, qiymətlərin əhəmiyyətli dərəcədə düşməsi, ən azı 20 faizin üzərində olacağı qaçılmazdır. Təbii ki, bunlar da hamısı ehtimaldır”.

Ekspert qeyd edib ki, aprel ayında ümumən daşınmaz əmlak bazarında bütün göstəricilər üzrə gözlənilənlərin əksi olaraq artım olub. O, sözügedən sahədə aylıq və illik göstəriciləri təqdim edib:

“Təkrar mənzil bazarında orta qiymət 1695 manat, artım 2,05 faiz, ilkin mənzil bazarında orta qiymət 1329 manat, artım 2, 76 faiz, kommersiya obyektləri bazarında orta qiymət 2953 manat, artım 8,43 faiz, torpaq bazarında orta qiymət (bir sot) 21338 manat, artım 9, 12 faiz, mənzil kirayəsi bazarının orta qiyməti (bir mənzilin) 932 manat (aylıq), azalma 0,36 faiz, obyektlərin icarəsi bazarında orta qiymət (bir obyektin) 2944 manat, azalma 2,53 faiz, həyət və bağ evlərində orta qiymət 704 manat (1kvadratmetr), artım 2,22 faiz, həyət və bağ evlərinin kirayəsində orta qiymət 1321 manat, artım isə 0,26 faiz olub. İl ərzində artım isə təkrar mənzil bazarında 1,13 faiz, ilkin mənzil bazarında 8,58 faiz, kommersiya obyektləri bazarında 9,25 faiz, torpaq bazarında 6, 18 faiz, mənzil kirayəsi bazarında 6,51 faiz olub. Obyektlərin icarəsi bazarında isə 0,78 faiz azalma baş verib”.


Paylaş:


Müəllif : Tarix:
16-05-2020, 10:32
  


loading...
Загрузка...