reklam
» » Azərbaycan bankları dolları BU ŞƏRTLƏ SATIR – LİMİTLƏR, MƏBLƏĞLƏR

reklam

Azərbaycan bankları dolları BU ŞƏRTLƏ SATIR – LİMİTLƏR, MƏBLƏĞLƏR


Dünya bazarında neftin qiymətinin artması, onunla əlaqədar olaraq dollara tələbatın yüksəlməsi nəticəsində bəzi banklar dollar satışına məhdudiyyətlər tətbiq ediblər.

FED.az bankların dollara hansı şərtlərlə satdıqlarını təqdim edir:
«Xalq Bank» - ümumi limit 500 dollardır, şəxsiyət vəsiqəsi ilə satılır.

«Kapital Bank» - ümumi limit 11 750 dollar, 500 dollaradək şəxsiyyət vəsiqəsilə, daha yüksək məbləğ xüsusi forma doldurmaqla.

«Rabitəbank» - limit yoxdur, amma məbləğ 500 dollardan artıq olanda müştəri xüsusi anket formanı doldurmalıdır.

«Azərbaycan Sənaye Bankı» - ümumi limit 500 dollardır, şəxsiyyət vəsiqəsilə satılır

«Muğan bank» - ümumi limit 500 dollar, şəxsiyyət vəsiqəsilə

«Paşa Bank» - ümumi limit 500 dollar, şəxsiyyət vəsiqəsilə

«Turan bank» - ümumi limit 11 500 dollar, şəxsiyyət vəsiqəsi və formanı doldurmaqla

«Yapı Kredi Bank» - ümumi limit 500 dollar, şəxsiyyət vəsiqəsilə

«Access Bank» - ümumi limit yoxdur, şəxsiyyət vəsiqəsilə,

«AFB Bank» - ümumi limit 15 min manat ekvivalenti (8823 dollar), 500 dollara qədər şəxsiyyət vəsiqəsi, daha yüksək məbləğdə, xüsusi blankı doldurmaqla,

«AG Bank» - ümumi limit 500 dollar, şəxsiyyət vəsiqəsilə

«Amrahbank» - ümumi limit yoxdur, şəxsiyyət vəsiqəsiilə,

«Azər Türk Bank» - ümumi limit 20 min manat ekvivalentində (11 750 dollar), 500 dollaradək şəxsiyyət vəsiqəsi, daha artıq xüsusi blank doldurmaqla

«Bank Avrasiya» - ümumi limit 2000 dollar, şəxsiyyət vəsiqəsilə

«Bank BTB» - ümumi limit yoxdur, şəxsiyyət vəsiqəsilə

«Bank Melli İran» - dollar satılmır

«Bank of Baku» - ümumi limit yoxdur, 500 dollaradək şəxsiyyət vəsiqəsilə, daha artıq xüsusi formanı doldurmaqla

«Bank Respublika» - ümumi limit yoxdur, şəxsiyyət vəsiqəsi və xüsusi formanı doldurmaqla

«Bank VTB Azərbaycan» - ümumi limit 3 000 dollar, 500 dollaradək şəxsiyyət vəsiqəsilə

«Azərbaycan Beynəlxalq Bankı» - ümumi limit 500 dollar, şəxsiyyət vəsiqəsilə

«Ekspress Bank» - ümumi limit 500 dollar, şəxsiyyət vəsiqəsilə

«Günay Bank» - ümumi limit 10 min manat ekvivalentinədək (5880 dollar), 500 dollardan yuxarı şəxsiyyət vəsiqəsilə

«Yelo Bank» - ümumi limit 20 min dollar, 500 dollaradək şəxsiyyət vəsiqəsi ilə, daha böyük məbləğdə xüsusi forma doldurulmaqla

«Pakistan Milli Bankı Bakı filialı» - ümummi limit 15 min manat ekvivalentinədək (8823 dollar), 500 dollaradək şəxsiyyət vəsiqəsi, daha yüksək xüsusi blank doldurmaqla

«Ziraat Bank» - ümumi limit 1000 dollar, şəxsiyyət vəsiqəsilə

Naxçıvanbank» - dollar satışı yoxdur

«NBC Bank» - dollar satışı yoxdur.

«Premium Bank» - dollar satışı yoxdur

«Ata Bank» - dollar satışı yoxdur


Paylaş:


Müəllif : Tarix:
10-03-2020, 17:29
  


loading...
Загрузка...