reklam
» » Koronavirusa görə dünyada da maskalar bahalaşıb

reklam

Koronavirusa görə dünyada da maskalar bahalaşıb


Koronavirus təhlükəsi dünya miqyasında getdikcə artmaqdadır. Virusdan qorunmaq üçün isə mütəxəssislər müxtəlif vasitələri məsləhət görsə də ilkin olaraq qoruyucu maskaların vacibliyini vurğulayırlar.

Azərbaycanda virusa yoluxma halı qeyd olunmasa da demək olar ki, indidən apteklərin əksəriyyətində qoruyucu maska tapmaq problemə çevrilib. Qeyd edək ki, apteklərdə satılan qoruyucu maskaları infeksionistlər 2 saatdan bir dəyişməyin zəruri olduğunu bildirir və adi maskalar əvəzinə daha kneyfiyyətli maskalardan istifadəni tövsiyyə edirlər.

2 saatdan bir maskanın dəyişilməsi isə ölkədə virusun yayılacağı təqdirdə daha çox maskaya ehtiyac yaranacağı anlamına gəlir. Amma hələ indidən biz kifayət qədər keyfiyyətli olmayan həmin maskaları tapmaqda çətinlik çəkirik. Belə olan halda da əlac qalır bu maskaları internet vasitəsi ilə başqa ölkələrdən sifariş etməyə.

Maraqlıdır, online qaydada maska sifariş etsək, bu bizə neçəyə başa gələcək?

Modern.az bu suala cavab tapmaq üçün internet üzərindən fəaliyyət göstərən xarici alış-veriş saytları vasitəsilə araşdırma edib.

Türkiyənin “Gittigidiyor.com” saytında alman istehsalı olan qoruyucu maskanın qiyməti 6.90 azn-dir. Əgər maskanı dəst şəkildə, yəni 10 ədəd sifariş vermək istəsəniz 66 manat 27 qəpik pul ödəməli olacaqsınız.

“Hepsiburada.com” alış-veriş saytında isə koronovirusa qarşı qoruyucu maskanın qiyməti 14 manat 56 qəpik, daha yüksək keyfiyyətli olan maskanın qiyməti isə 20 manat 80 qəpikdir”.

ABŞ-ın ən böyük alış-veriş saytlarından hesab olunan “Amazon.com” da virus əleyhinə maskaların qiyməti yüksəkdir. Belə ki, bu sayt vasitəsi ilə siz bir maskanı 10 manata, 10 ədəd maskanı isə 186 manata əldə edə bilərsiniz.

İnternet üzərindən alış-veriş üçün nəzərdə tutulmuş, məşhur “Ebay.com” saytında isə koronovirusdan qorunmaq üçün nəzərdə tutulan maskanın qiyməti 6 manat 56 qəpikdən başlayaraq, 82 manata qədər dəyişir.

Türkiyənin “Cimri.com” saytında isə maskaların qiyməti heç də ürəkaçan deyil. Belə ki, bu sayt vasitəsi ilə maska almaq istəsəniz 1 ədəd maskaya görə 24 manat 60 qəpik ödəməli olacaqsınız. Hətta keyfiyyətinin digər maskalardan daha yüksək olduğu iddia edilən və üzün yarısını tutan maska dəstinin qiyməti isə nə az nə çox, 297 manatdır.


Paylaş:


Müəllif : Tarix:
26-02-2020, 12:45
  


loading...
Загрузка...