reklam
» » “Gilan Holdinq”in bu şirkətinin bank hesabına həbs qoyulubmuş

reklam

“Gilan Holdinq”in bu şirkətinin bank hesabına həbs qoyulubmuş


Bakı Kommersiya Məhkəməsində “MET-AK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Gilan Orchards” MMC-yə qarşı pul tələbi barədə iddiaya baxılıb.

Oxu.Az xəbər verir ki, “MET-AK” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 131 min 511 manat məbləğində pul vəsaitinin “Gilan Holdinq”in tərkibinə daxil olan “Gilan Orchards” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Şirkət əvvəlcə 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinə bu işlə bağlı müraciət edərək, borclu şirkətin bank hesablarına həbs qoyulmasına nail olub. İqtisadi məhkəmələr Kommersiya Məhkəməsi ilə əvəz olunduğundan işin davamına Bakı Kommersiya Məhkəməsində baxılıb. Lakin bu müddət ərzində tərəflər öz aralarında barışıq sazişi bağlayıblar.

Buna görə iddiaçının nümayəndəsi Aysel Məhərrəmova barışıq sazişini məhkəməyə təqdim edib və cavabdehin 60 min manata yaxın əmlakının üzərindən həbsin götürülməsinə də etiraz etmədiyini deyib. Bundan sonra məhkəmə “Gilan Orchards” MMC-nin bank hesabından həbsin götürülməsi haqqında qərardad çıxarıb. Eyni zamanda, məhkəmə tərəflərin barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verib.


Paylaş:


Müəllif : Tarix:
18-02-2020, 15:50
  


loading...
Загрузка...