reklam
Regionxeberleri.com » İdman » UEFA "Qarabağ"ın qapıçısı ilə bağlı paylaşım edib - VİDEO

reklam

UEFA "Qarabağ"ın qapıçısı ilə bağlı paylaşım edib - VİDEO












UEFA "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

Konfrans Liqasının rəsmi tvitter səhifəsində 27 yaşlı qolkiperin Qazaxıstanda "Kayrat"a qarşı qrup oyununda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.

Paylaşıma "Şahrudin Məhəmmədəliyevin refleksləri" başlığı yazılıb.

"Kayrat" - "Qarabağ" qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Qeyd edək ki, pley-offa vəsiqəni təmin etmiş "köhlən atlar" H qrupundakı növbəti matçını noyabrın 25-də Bakıda Kipr "Omoniya"sına qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-də başlanacaq.




Paylaş:


Müəllif : Tarix:
23-11-2021, 21:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər