reklam
Regionxeberleri.com » İdman » Zidan bu komandanın baş məşqçisi olacaq

reklam

Zidan bu komandanın baş məşqçisi olacaq

















Zinəddin Zidan PSJ-yə başçılıq edəcək, ancaq bu, Maurisio Poçettinonun “Mançester Yunayted”ə gedəcəyi halda mümkün olacaq.

Mətbuatın yazdığına görə, Zidan mövsümün ortasında işə başlamaq istəmədiyini əsas gətirərək, “Mançester Yunayted”in təklifini iki dəfə rədd edib.

Lakin məlum oldu ki, fransalının daha ciddi səbəbləri var. Birincisi, bu, dil maneəsidir, çünki Zidan praktiki olaraq ingilis dilini bilmir. Bundan əlavə, həyat yoldaşı qəti şəkildə İngiltərədə yaşamaq istəmir.

Beləliklə, norveçlinin arzu olunan xələfləri arasında yer alan PSJ-nin baş məşqçisi Maurisio Poçettino Sulşerin əvəzləyicisi kimi favoriti olaraq qalır.

Bu halda Zidan da Poçettninonu PSJ-də əvəzləyəcək. 

Xatırladırıq ki, noyabrın 21-də “Mançester Yunayted” komandanın baş məşqçisi Ole Qunnar Sulşerin istefa verdiyini açıqlayıb.




Paylaş:


Müəllif : Tarix:
22-11-2021, 16:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər