reklam
» » Azərbaycan cüdoda ikinci qızıl medalı qazandı

reklam

Azərbaycan cüdoda ikinci qızıl medalı qazandı



Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın qadın cüdoçusu Səbinə Əliyeva final görüşünə çıxıb.

RegionXəbərləri.com Report-a istinadən xəbər verir ki, 52 kq çəki dərəcəsində yer alan Əliyeva həlledici qarşılaşmada belaruslu Anna Burakovaya rəqib olub. Görüş onun ipponla qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan cüdo millisi yarışı 2 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

***18:30
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının cüdo yarışlarında final görüşlərinə start verilib.

60 kq çəkidə Azərbaycanın iki təmsilçisi Əhməd Yusifov və Rövşən Əliyev qızıl medal uğrunda qarşılaşmada bir-birinə rəqib olub. Görüşü Rusiyadan olan azərbaycanlı hakim Elman Qurbanov idarə edib.

Döyüşün taleyi qızıl xalla həll olunub. Əliyev cərimə xalları hesabına qalib gələrək, çempion olub. Yusif isə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün mübarizə aparan oğlan cüdoçulardan Elçin Hüseynov (66 kq), Murad Fətiyev (81 kq) və Camal Feyziyev (+100 kq), qızlardan isə Şəfəq Həmidova (48 kq) bürünc medal qazanıb.


Paylaş:


Müəllif : Tarix:
9-09-2021, 21:55
  


loading...
Загрузка...