reklam
» » Tokio-2020: Boksçumuz qələbə qazanaraq Ermənistan təmsilçisinə rəqib oldu

reklam

Tokio-2020: Boksçumuz qələbə qazanaraq Ermənistan təmsilçisinə rəqib oldu


Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 63 kq-da çıxış edən Cavid Çələbiyev 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Hartsizlə üz-üzə gəlib.

Rəqibinə 5:0 hasabı ilə qalib gələn Çələbiyev 1/8 finala yüksəlib. İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci raundda referilərin hamısı, üçüncüdə isə 4-ü Çələbiyevin xeyrinə qərar verib.

Dünya çempionu 1/8 finalda Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də olacaq.






Paylaş:


Müəllif : Tarix:
25-07-2021, 09:38
  


loading...
Загрузка...