reklam
» » AVRO-2020: İsveç, İspaniya və Ukrayna 1/8 finalda

reklam

AVRO-2020: İsveç, İspaniya və Ukrayna 1/8 finalda


Bu gün Avro-2020-də qrup mərhələsinə yekun vurulacaq.
E qrupunda İspaniya Slovakiya ilə qarşılaşıb və rəqibini darmadağın edib - 5:0. Qrupunun digər matçında İsveç Polşa ilə üz-üzə gəlib və 3:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra İsveç 7 xalla qrup 1-cisi, İspaniya isə 5 xalla qrup 2-cisi kimi 1/8 finala yüksəlib.
Slovakiya isə 3 xalla qrup 3-cüsü olub. Yığma digər qrupların 3-cü pillədə yer alan milliləri müqayisədə top fərqinə görə geri qaldığı üçün turnirlə vidalaşıb. 
Bu qrupdakı nəticələr C qrupunda mübarizə aparan Ukraynaya sərf edib. Andrey Şevçenkonun baş məşqçi olduğu komanda dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlayıb.
23 iyun
Avro-2020
3-cü tur
E qrupu
20:00.Slovakiya – İspaniya - 0:5
Qollar: Dubravka, 30-avtoqol, Emerik Lyaport, 45+3, Pablo Sarabiya, 56, Ferran Torres, 67, Kuçka, 71-avtoqol
Reallaşdırılmayan penalti: Alvaro Morata, 12 (İspaniya) - qapıçı
Baş hakim: Byörn Kuypers (Niderland)
Sevilya. “Kartuya” stadionu
20:00. İsveç - Polşa - 3:2
Qollar: Forsberq,  2, 59, Klaesson, 90+4 - Levandovski, 61, 84
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu
 


Paylaş:


Müəllif : Tarix:
23-06-2021, 22:31
  


loading...
Загрузка...